Musayev “Sabah”dan ayrılması haqda: “Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək”
Rusiyalı məşqçi Murad Musayev “Sabah”dan ayrılması ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, Musayev Rusiyanın “Çempionat” nəşrinə açıqlamasında belə deyib:
“Son iki mövsümdə “Sabah” kifayət qədər parlaq oynadı və yaxşı nəticələr göstərdi. Komandanın çoxlu qələbələri olub. İndi hər matça getdiyimiz oyunu, həvəsi itirmişik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Bu çempionatda üçüncü yerdən yalnız beş xallıq fərq var. Avropa yarışlarına vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün ilkin şərtlər var. Bu, çətin qərardır, amma mən düşündüm ki, bu, hamıya fayda verəcək”.
Murad Musayev 2021-ci ilin noyabrından “Sabah”da işləyib. Komanda onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin