Karvahal “Real”da qalacaq?

“Real” müdafiəçisi Daniel Karvahalla yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya bu mövsümün sonu başa çatacaq müqaviləni daha bir il müddətinə uzatmaq təklif olunacaq. 

Müqavilə klubun 30 yaşdan yuxarı oyunçularla bir ildən çox müqavilə imzalamaması qaydasına uyğundur.

Karvahal 2013-cü ildən Madrid təmsilçisində oynayır. O, bu mövsüm La Liqada 16 matçda meydana çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button