“Kloppun qərarına hörmətlə yanaşırıq”
“Liverpul”un yarımmüdafiəçisi Kertis Cons baş məşqçi Yurgen Kloppun mövsümün sonunda komandanı tərk etmək qərarını şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilis futbolçu bu xəbərin kədərli olduğunu bildirib:
“Əlbəttə, bu kədərli xəbərdir. Lakin bu, onun seçimidir, onun qərarıdır və biz buna hörmətlə yanaşırıq”.
Yanvarın 26-da Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlayıb. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını deyib. 56 yaşlı mütəxəssis 2015-ci il oktyabrın 8-dən “Liverpul”u çalışdırır. Bu müddət ərzində Klopp “qırmızılar”la 7 kubok qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin