“Liverpul”da növbəti ayrılıq
“Liverpul”un idman direktoru Yorq Şmadtke qış transfer pəncərəsi bağlandıqdan sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şmadtke ötən ilin iyunundan Mersisayd təmsilçisinin idman direktoru vəzifəsini icra edib. Onun vaxtında klub “Leyptsiq”dən yarımmüdafiəçi Dominik Soboslai, “Bayern”dən Rayan Qravenberç və “Ştutqart”dan Vataru Endonu alıb.
Bu mövsüm İngiltərə Premyer Liqasının 21 turundan sonra “Liverpul” 1-ci pillədə qərarlaşıb.
Baş məşqçi Yurgen Klopp da bu mövsümün sonunda klubdan ayrılacağını bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin