La Liqa klubunda yeni baş məşqçi
“Kadis”in yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, argentinalı Maurisio Pelleqrino La Liqa təmsilçisinin baş məşqçisi təyin olunub.
52 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə bağlanıb.
Pelleqrinonun son iş yeri “Universidad de Çili” klubu olub. O, daha əvvəl “Veles”, “Leqanes”, “Sauthempton”, “Alaves”, “İndependyente”, “Estudiantes” və “Valensiya” kimi komandalara da rəhbərlik edib.
“Kadis” yanvarın 20-də baş məşqçisi Serxio Qonsalesin istefa verdiyini açıqlayıb. Komanda 21 oyundan 15 xalla La Liqanın turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin