MOİK liderlə bacarmadı

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Murov Az Terminal” MOİK-i qəbul edib.

“Murov Az Terminal”ın İdman zalında təşkil olunan görüşə meydan sahibləri üstün başlayıb və birinci seti 25:18 hesabı ilə aktivlərinə yazıblar. Gərgin keçən ikinci hissədə isə MOİK 25:23 hesabı ilə üstün olub. Bundan sonra ev sahibi yenidən təşəbbüsü ələ keçirərək növbəti setləri qalib başa vurub – 25:8, 25:18. Beləliklə, maraqlı mübarizədə keçən matçda “Murov Az Terminal” 3:1 hesablı qələbə qazanıb.

“Murov Az Terminal” hazırda 18 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl”in 18 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), Neftçi”nin 13 (4 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

“Murov Az Terminal” – MOİK 3:1 (25:18, 23:25, 25:8, 25:14)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button