“İki həftəyə hazır olacam” – Ter Ştegen
“Barselona”nın zədəli qapıçısı Mark-Andre ter Ştegenin yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 31 yaşlı qolkiper özünü yaxşı hiss etdiyini bildirib:
“İki həftəyə hazır olacam. Özümü yaxşı hiss edirəm” .
Almaniyalı qapıçı dekabrın əvvəlində belindən əməliyyat olunub. O, cari mövsümdə “Barselona”nın heyətində 17 oyuna çıxıb və 15 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin