“Liverpul”un futbolçusu məşqlərə geri dönüb

“Liverpul”un müdafiəçisi Endryu Robertson zədəsini sağaldıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçi köməkçisi Pep Leynders danışıb. O, 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığını bildirib: 

“Endryu dünən komanda ilə məşq etdi. 13 həftə kənarda qalmışdı. Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.

Robertson yanvarın 24-də, ölkə kubokunun yarımfinal mərhələsinin “Fulhem”ə qarşı cavab matçında oynamağa hazır olacaq. 

Şotlandiyalı futbolçu oktyabr ayında milli komandanın heyətində zədələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button