“Murov Az Terminal” “Gəncə” üzərində qələbə ilə zirvəyə yüksəldi
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması “Murov Az Terminal” və “Gəncə” komandaları arasında olub.
GİN-in Voleybol Mərkəzində təşkil olunan matç “Murov Az Terminal” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun növbəti oyununda isə “Milli Aviasiya Akademiyası” və UNEC komandaları üz-üzə gəliblər. UNEC-in idman zalında baş tutan görüş Vüqar Əliyevin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə bitib.
10-cu turun və 2-ci dövrənin son qarşılaşması yanvarın 25-də “Abşeron” və “Azərreyl” arasında olacaq.
Beləliklə, “Murov Az Terminal” 23 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Azərreyl” 22 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
“Murov Az Terminal” – “Gəncə” 3:0 (25:15, 25:21, 25:17)
“Milli Aviasiya Akademiyası” – UNEC 3:0 (25:20, 25:7, 25:10)
Bizi Facebook-da izləyin