“Bu oyunda hakimin bütün qərarları düzgün idi” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 21-ci turunun “Almeriya” ilə oyununda (3:2) hakim qərarları ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis hər şeyin doğru olduğunu bildirib:
“Bu oyunda hakimin bütün qərarları düzgün idi. “Almeriya”nın reaksiyasını başa düşürəm, amma hər şey doğru idi”.
“Almeriya”nın baş məşqçisi Qaritano “Real”la oyunda hakimliyi tənqid edib. 90+9-cu dəqiqəyə qədər hesab 2:2 olsa da, Dani Karvahalın dəqiq zərbəsindən sonra madridlilər qələbəni qopara biliblər.
21 turdan sonra “Real” 51 xal toplayaraq La Liqanın turnir cədvəlində ikinci pillədədir. “Almeriya” 6 xalla sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin