Cerrard daha 2 il “Əl-İttifaq”da

“Əl-İttifaq” baş məşqçisi Stiven Cerrardla müqaviləni uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssisin yeni sözləşməsinin müddəti 2 illikdir.

Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır. Onun komandası 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button