“Barselona” “Mançester Siti”nin futbolçusu üçün hərəkətə keçib

“Barselona”nın idman direktoru Deku “Mançester Siti”nin yarımmüdafiəçisi Kelvin Fillipsi komandaya gətirmək üçün hərəkətə keçib.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, portuqaliyalı funksioner Fillipsin Kataloniya təmsilçisinin oyununa lazımi tarazlığı gətirəcəyinə əmindir. Deku yarımmüdafiəçinin güclü tərəflərini yaxşı bilir, onu “Lids”də olduğu müddətdə yaxından izləyib. 

Buna görə də, Deku Kelvinin “Barselona”ya gəlməsi üçün hərəkətə keçib. O, futbolçunun transferini vacib hesab edir.

Fillips 2022-ci ilin yayından “Mançester Siti”də oynayır. O, bu mövsüm “şəhərlilər”in heyətində 10 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button