Hollandiya millisinin üzvü “Sevilya”da
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi PSV-dən Lyuk de Yonqu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Sevilya” Hollandiya millisinin də üzvü olan de Yonq üçün 12,5 milyon avro təzminat ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin