Anri Messinin mükafatını götürdü, zarafatından qalmadı
FİFA “The Best” mükafatlandırma mərasiminin aparıcısı Tyerri Anri 2023-cü ilin ən yaxşı oyunçusu mükafatını sahibi Lionel Messinin adından alıb.
Komanda.az xəbər verir ki, Anri Messinin adına olan mükafatı götürərkən zarafat da edib:
“Mən bu mükafatı qəbul etməkdən məmnunam. Çünki daha əvvəl heç vaxt bunu qazanmamışam”.
“İnter Mayami”də çıxış edən argentinalı futbolçunun özü mükafatlandırma mərasimini buraxıb.
Messi mükafatın finalçılarını – “Mançester Siti”nin hücumçusu Erlinq Haland və PSJ-nin forvardı Kilian Mbappeni geridə qoyub. O, karyerasında üçüncü dəfə “The Best” mükafatını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin