Azərbaycan yığması üçüncü oyunda məğlub oldu
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün Latviya ilə üz-üzə gəlib.
Görüş yığmamızın məğlubiyyəti ilə bitib – 0:3 (21:25, 14:25, 12:25)
Komanda daha əvvəl Ukrayna və Estoniyaya eyni hesabla uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.
Yanvarın 14-də başa çatacaq yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin