Qazaxıstanda legioner limiti ləğv edildi

Qazaxıstan Premyer Liqasında 2024-cü il mövsümündən etibarən legionerlərə olan limit ləğv olunub.

Komanda.az xəbər verir ki, bunu Qazaxıstan Futbol Federasiyasının prezidenti Adlet Barmenkulov deyib. 

Amma meydanda eyni anda 11 əcnəbi yer ala bilsə də, sifariş ərizəsində 25 futbolçudan 13-ü yerli olmalıdır. Ötən mövsüm meydanda 7, sifariş ərizəsində isə 8 əcnəbi ola bilərdi. 

Bu qərardan sonra erməni futbolçular da legioner statusu daşıyacaq. Onlar ötən mövsüm Qazaxıstan Premyer Liqasında legioner hesab olunmurdular. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button