Azərbaycan yığması Litvaya da məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litva ilə qarşılaşıb.

Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.

Yanvarın 7-dək davam edəcək turnir AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button