“Mançester Siti”nin futbolçusu ABŞ klubuna transfer edilib
ABŞ-ın “Kolorado” klubu İngiltərə təmsilçisi “Mançester Siti”nin qapıçısı Zak Steffeni transfer etdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, 28 yaşlı amerikalı qolkiper yeni klubu ilə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə bağlayıb.
Zak Steffen 2019-cu ilin iyulunda “Mançester Siti”yə keçib və geridə qalan müddətdə cəmi 21 matçda iştirak edib. 16 qol buraxan qolkiper 8 dəfə qapısını toxunulmaz saxlayıb.
O, həmçinin “Midlsbro” (İngiltərə) və “Fortuna”da (Almaniya) icarə əsasında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin