“Mançester Yunayted”də ayrılıq

“Mançester Yunayted” müdafiəçi Serxio Reqilonla icarə müqaviləsini vaxtından əvvəl ləğv etmək variantını aktivləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. Futbolçu yaxın vaxtlarda “Tottenhem”ə qayıdacaq.

İspaniyalı oyunçu bu mövsüm “Mançester Yunayted”in 12 matçda meydana çıxıb. Reqilon 2020-ci ildən “Tottenhem”də çıxış edir. Onun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button