“Barselona”nın futbolçusu belindən əməliyyat olundu
İspaniyanın “Barselona” klubunun futbolçusu Markos Alonso əməliyyat olunub.
Komanda.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi dekabrın əvvəlində belindən aldığı zədəyə görə cərrahi müdaxiləyə ehyiyac duyub.
Onun təxminən martda yaşıl meydanlara qayıdacağı gözlənilir.
Alonso cari mövsüm bu komandada 7 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin