Premyer Liqada ilin rəmzi komandası məlum olub
İngiltərə Premyer Liqasında 2023-cü ilin rəmzi komandası müəyyənləşib.
Komanda.az ESPN nəşrinə istinadən xəbər verir ki, “Mançester Siti” və “Arsenal” “11-lik”də daha çox futbolçu ilə təmsil olunub.
Adı çəkilən komandaların hərəyə üç üzvü heyətə düşüb. Əvəzində “Mançester Yunayted”dən heç kim buna layiq görülməyib.
Premyer Liqada ilin rəmzi komandası:
Qapıçı: Emiliano Martines (“Aston Villa”);
Müdafiəçilər: Kayl Uoker (“Mançester Siti”), Uilyam Saliba (“Arsenal”), Ezri Konsa (“Aston Villa”), Den Bern (“Nyukasl”);
Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Deklan Rays, Martin Edeqor (hər ikisi “Arsenal”);
Hücumçular: Məhəmməd Salah (“Liverpul”), Erlinq Haland (“Mançester Siti”), Son Hın Min (“Tottenhem”).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin