Qvardioladan zədələnən futbolçu haqda açıqlama
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatının 19-cu turunda “Everton”a qalib gəldikləri oyundan (3:1) sonra müdafiəçi Con Stounzun zədəsindən danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Qvardiola matçın 43-cü dəqiqəsində əvəzlənən ingilis futbolçunun topuğunda problem olduğunu deyib:
“Onun topuğunda problem var. Düzdür, hər şey çox yaxşı görünmür, amma gəlin nəticəyə baxaq”.
“Mançester Siti” Premyer Liqada 37 xal toplayıb və turnir cədvəlində 4-cü pillədədir. “Everton” 16 xalla 17-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin