Premyer Liqa klubunda ciddi itki
“Brayton”un yarımmüdafiəçisi Kaoru Mitoma zədə səbəbindən azı 4 həftəlik sıradan çıxıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqanın 18-ci turunun “Kristal Pelas”la oyununda (1:1) zədə alan yapon vingerin təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalması gözlənilir.
Mitomanın hətta zədə səbəbindən Asiya kubokunda Yaponiya yığmasına da kömək edə bilməyəcəyi vurğulanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin