
“Sabah” Türkiyədə 2 yoxlama oyunu keçirəcək
“Sabah”ın qış hazırlıq planı məlum olub.
Paytaxt klubundan Komanda.az-a verilən məlumata görə, futbolçular yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcəklər.
Komanda “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq.
Toplanışda 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər hələlik məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



