“Gəncə” rusiyalı voleybolçu ilə yollarını ayırıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu rusiyalı Anna Balberova ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən verir ki, 26 yaşlı voleybolçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Buna səbəb onun məşqçilər korpusunun etimadını doğrultmaması göstərilib. Anna Balberova mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.
“Gəncə” Azərbaycan çempionatında 7 turdan sonra 9 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin