“Mançester Siti” dünya çempionu oldu
İngiltərə çempionu “Mançester Siti” klublararası dünya çempionatının qalibi olub.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıblar. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
Yaponiyanın “Urava Red Daymonds” klubunu 4:2 hesabı ilə üstələyən Misir təmsilçisi “Əl-Əhli” isə turnirdə üçüncü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin