“Super Liqa ölü liqadır” – UEFA prezidenti
UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqasının təklif olunan formatına münasibət bildirib.
Komanda.az xəbər verir ki, Çeferin A22 təqdimatına baxdığını söyləyib:
“Bu şounun sizi şoka salacağını, yoxsa əyləndirəcəyini söyləmək çətindir. Format hamı tərəfindən rədd edilən 2021-ci il təklifindən daha qapalıdır. İstədiklərini yarada bilərlər. Ümid edirəm ki, onlar yalnız iki klubla ən qısa zamanda möhtəşəm rəqabətə başlayacaqlar. “Real” və “Barselona” nə etdiklərini heç özləri də başa düşmür. Futbol satılmır. Super Liqa ölü liqadır”.
2021-ci ilin aprelində “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin UEFA-nın təzyiqindən sonra “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.
Bu yaxınlarda isə Avropa Məhkəməsi FİFA və UEFA-nın Avropa Super Liqasının yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.
Bizi Facebook-da izləyin