Hollandiya millisinin üzvü İngiltərə klublarının hədəfində
PSV-nin futbolçusu Stiven Berqveyn karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 21 yaşlı hücumçuyla “Mançester Yunayted” və “Tottenhem” yaxından maraqlanır. Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.
Berqveynin də Premyer Liqada oynamaq istədiyi, “Mançester Yunayted”ə keçməyə müsbət yanaşdığı bildirilir.
21 yaşlı hücumçu cari mövsümdə 30 qarşılaşmada iştirak edərək, 10 qol vurub, 9 məhsuldar ötürmə edib.
Hollandiya millisində də forma geyinən Berqveynin transfer dəyəri 30 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin