Ançelotti Kroosdan karyerasını bitirməməyi xahiş edib
“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunun yarımmüdafiəçisi Toni Kroosu karyerasını bitirməməyi üçün razı salmağa çalışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Ançelotti almaniyalı futbolçu ilə bir neçə dəfə futboldan ayrıla biləcəyini müzakirə edib. İtaliyalı mütəxəssis yarımmüdafiəçidən karyerasını bitirməyi ən azı bir il təxirə salmağı xahiş edib.
Kroos bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin