“Neftçi” uduzdu, “Azərreyl”lə “Xarı Bülbül” qalib gəldi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması “Xarı Bülbül Şuşa” və MOİK komandaları arasında olub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş Şuşa təmsilçisinin üstünlüyü ilə keçib. Ziya Rəcəbovun yetirmələri bu matçda 3:0 hesabı ilə qələbə qazanıblar. Ardınca meydançaya “Xarı Bülbül Laçın” və “Azərreyl” klubları çıxıb. Bu qarşılaşmada qalib dörd setdə müəyyən olunub. Gərgin mübarizədə keçən oyundan “Azərreyl” 3:1 hesabı ilə qalib ayrılıb.

Günün son matçında isə “Murov Az Terminal” və “Neftçi” komandaları üz-üzə gəliblər. Bu görüşdə də 3:1 hesabı qeydə alınıb. Matçın qalibi “Murov Az Terminal” komandası olub.

“Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. 14 xalı olan “Azərreyl” 2-ci, 13 xalla “Murov Az Terminal” 3-cü, “Neftçi” və “Xarı Bülbül Laçın” 4 xalla 4-cü, 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.

“Xarı Bülbül Şuşa” – MOİK 3:0 (25:18, 25:22, 25:15)
“Xarı Bülbül Laçın” – “Azərreyl” 1:3 (23:25, 20:25, 25:21, 22:25)
“Murov Az Terminal” – “Neftçi” 3:1 (25:19, 25:20, 17:25, 25:22)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button