ÇL: “Barselona”nın futbolçusundan yeni rekord

“Barselona”nın vingeri Lamin Yamal Çempionlar Liqasında yeni rekord qırıb.

Komanda.az xəbər verir ki, ispaniyalı gənc futbolçu buna qrup mərhələsinin 6-cı turunda “Antverpen”lə görüşdə nail olub. Lamin Yamal oyunun 35-ci dəqiqəsində komandanın hücumçusu Ferran Torresin vurduğu qolun ötürməsini verib. Bununla da, Yamal Çempionlar Liqası tarixində qol ötürməsi verən ilk 16 yaşlı (16 yaş 153 gün) futbolçu olub.

Ötən gecə “Barselona” “Antverpen”ə məğlub olsa da (2:3), qrup lideri kimi 1/8 finala adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button