“Real”ın gələcək futbolçusunun qiyməti 20 milyon avro bahalaşıb
“Palmeyras”ın hücumçusu Endrikin qiyməti 20 milyon avro bahalaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçunun qiyməti hazırda 45 milyon avrodur. 2024-cü ilin iyulunda forvard “Real”ın futbolçusu olacaq. Madrid klubu onun müqaviləsini 37,5 milyon avroya almağa razılaşıb.
Endrik bu mövsüm “Palmeyras”ın heyətində 53 oyun keçirib, 14 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin