“Millini maraqlı və ağır oyunlar gösləyir”

DÇ-2024-ün elit-raundu mərhələsində dekabrın 15-də Bakıda Rumıniya, 5 gün sonra səfərdə Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Komanda.az xəbər verir ki, komanda əslində 2 gündür məşq edir, sadəcə rəsmi toplanış bugündən başlayıb.

Baş məşqçi Vitali Borisovun açıqladığı siyahıda uzun müddətdir millidən kənarda qalan isimlər var ki, onlardan biri də Fərid Atakişiyevdir. Cari mövsümdə “Neftçi”dəki oyunu ilə diqqətləri üzərinə çəkən müdafiəçi azfutzal.az-a həm hazırlıq prosesini dəyərləndirib, həm də qarşıdakı oyunlarla bağlı danışıb:

“Uzun fasilədən sonra millinin toplanışına dəvət aldım. Hazırlıq prosesi maraqlı keçir. Əlbəttə, millinin düşərgəsində olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm.

Qarşıda komandamızı maraqlı, həm də ağır oyunlar gözləyir. Təcrübəli futzalçı kimi, komandamıza bacardığım qədər kömək edəcəm. Növbəti mərhələyə yüksəlmək üçün şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək. Rumıniya və Niderland milliləri yüksəlişdədir. Çalışacağıq doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla görüş haqda fikirləşmək olar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button