UEFA prezidenti yenidən namizəd olacaq

UEFA prezidenti Aleksander Çeferin qurumun nizamnaməsinə dəyişiklik edilməsinin tərəfdarıdır.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, belə olarsa, 56 yaşlı funksioner 2031-ci ilədək vəzifəsində qala bilər.

Bu düzəliş ötən həftə UEFA İcraiyyə Komitəsinin Almaniyanın Hamburq şəhərində keçirilmiş iclasında təklif edilib. Çeferinin ilk prezidentlik müddətinin ləğv edilməsi və onun növbəti seçkilərdə namizəd olması mümkündür.

İngiltərənin “Mançester Yunayted” klubunun icraçı direktoru David Gill toplantıda buna qarşı çıxıb və bunu dəstəkləyən şəxsləri “qeyri-demokratik və futbolun maraqlarına uyğun olmayanlar” adlandırıb. Təklif olunan düzəliş təşkilatın Fransanın paytaxtı Parisdə reallaşacaq konqresində səsverməyə çıxarılacaq.

Aleksander Çeferin 2016-cı ildən quruma rəhbərlik edir. Onun səlahiyyət müddəti 2027-ci ildə başa çatmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button