“Sumqayıt”ın futbolçusu 100-cü oyununu keçirib
“Sumqayıt”ın futbolçusu Murad Xaçayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib.
25 yaşlı müdafiəçi “Qarabağ”la ev görüşündə şans qazanıb. 100 oyunda 6 qol vuran Xaçayev yalnız “Sumqayıt”da forma geyinib.
Onun debütü 2018/19 mövsümünə təsadüf edib. Murad 2018-ci il avqustun 18-də, “Neftçi” ilə ev matçında (0:2) meydana çıxıb.
“Sumqayıt” bu oyunda 1:6 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin