“Real” istədi, “Ayaks” 65 milyon avro tələb etdi

Hollandiyanın “Ayaks” klubunun yarımmüdafiəçisi Donni van de Bek karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” 22 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Madrid klubu Amsterdam təmsilçisi ilə danışıqlar aparsa da, tərəflərin hələ də razılığa gələ bilmədikləri deyilir. “Ayaks”ın van de Beek üçün 65 milyon avro istədiyi, “kral klubu”nun isə 50 milyon avrodan artıq ödəmək niyyətində olmadığı bildirilir.

Hollandiyalı futbolçu son mövsümdə iştirak etdiyi 57 oyunda 17 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button