Əliyar Ağayev “Mançester Siti”nin oyununu idarə edəcək

Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun oyununu idarə edəcək.

Ona FIFA referi köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Görüş dekabrın 13-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button