“Qarabağ”ın keçmiş futbolçusu ilə bağlı narazılıq var
“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin agenti Helsio Alisk futbolçunun gələcəyi ilə bağlı danışıb.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alisk “Qarabağ”ın keçmiş futbolçusunun az oynamasından şikayətlənib:
“Kadinin oyun vaxtı problemdir. Təəssüf ki, istədiyi qədər oynamır. Belə davam etsə, mən “Krasnodar” rəhbərliyi ilə danışacam”.
27 yaşlı Kadi bu mövsüm “Krasnodar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 17 turdan sonra “Krasnodar” 35 xalla Rusiya çempionatında liderdir.
Kadi “Krasnodar”a “Qarabağ” klubundan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin