Voleybol: Növbəti oyunların keçirilmə vaxtı müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı müəyyənləşib.
Komanda.az xəbər verir ki, vaxtı dəyişdirilmiş 1-ci turun 2 görüşü dekabrın 9-da baş tutacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində əvvəlcə saat 15:00-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər.
Saat 19:00-da isə “Azərreyl”lə UNEC komandaları qarşılaşacaqlar. Bu görüş “Murov Az Terminal”ın idman zalında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin