Azərbaycanlı idmançıya 96 aylıq cəza!

Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalanıb.

Komanda.az xəbər verir ki, cəzalananlar güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayevdir. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytı məlumat yayıb. Bütün idmançılardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib.

Süleymanov əlavə olaraq, diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə sanksiya ilə üzləşib. Onun orqanizmində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq – 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.

İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və o, 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası 28 mart 2018-ci ildən hesablanmağa başlanıb.

Mustafayevin də cəzası 48 aydır. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan velosipedçinin cəzası 19 noyabr 2018-ci ildən qüvvəyə minib.

AMADA yarandığı müddətdən cəzalanan idmançıların sayı 42-yə çatıb. Velosiped idmanında üçüncü, güləşdə isə 12 idmançı indiyədək dopinqə düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button