“Real”da itki
“Real”in müdafiəçisi Dani Karvahal zədələnib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu zədə səbəbindən 2023-cü ilin sonuna qədər meydana çıxa bilməyəcək.
31 yaşlı futbolçuya sol ayağında əzələ zədəsi diaqnozu qoyulub. Onun sağalması 3-4 həftə çəkəcək.
Karvahal 2023/24 mövsümündə bütün turnirlərdə “kral klubu”nun heyətində 17 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin