50-ci ev oyunu

“Kəpəz” Azərbaycan kubokunda 50-ci ev oyununu keçirib.

Komanda.az xəbər verir ki, bu, turnirin 2-ci təsnifat mərhələsinə təsadüf edib.

Gəncə təmsilçisi “Baku Sportinq”ə 2:0 hesabı ilə qalib gəlib. Qərblilər kubokdakı 50 ev oyununda 31 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.

“Kəpəz” ölkə kuboku tarixinə öz meydanında 50 və daha çox matç keçirən 4-cü komanda kimi düşüb. Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox görüşə çıxıb.

“Kəpəz” Azərbaycan kubokunda ilk matçını 1993-cü ildə 1/32 finalda “Nicat”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button