“Millidə oynamaq üçün tam hazıram” – “Latsio”nun futbolçusu

“Latsio”nun hücumçusu Çiro İmmobile İtaliya millisinə qayıtmaq istədiyini etiraf edib.

Komanda.az “ITASportPress” nəşrinə istinadən xəbər verir ki, italiyalı forvard özünə güvəndiyini bildirib:

“Qəribədir ki, məni milliyə çağırmağı dayandırdılar. Fiziki baxımdan tamamilə yaxşıyam, özümə güvənirəm, milli komandada oynamaq üçün tam hazıram”.

İmmobilenin “Latsio” ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləsi var. O, bu mövsüm komandanın heyətində 4 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button