Ten Haq zədəli futbolçusundan danışdı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Meyson Mauntun zədəsi ilə bağlı yaranmış vəziyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun yüksək səviyyəli peşəkar olduğunu deyib:
“Maunt ən yüksək səviyyəli peşəkardır. Məşqdə çox çalışır. Onun həqiqətən, yaxşı tərəfini göstərdiyi məqamlar çox olub. Lakin o zədələnən kimi bütün bunlar dayandı”.
Daha əvvəl mətbuatda yarımmüdafiəçinin baldır əzələsindən zədə alması barədə məlumat yayılıb.
Maunt yayda “Çelsi”dən “Mançester Yunayted”ə keçib. 24 yaşlı futbolçu bu müddət ərzində bütün turnirlərdə 12 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin