“Liverpul”un əldə edə biləcəyi ən yaxşı nəticə heç-heçədir” – Keçmiş futbolçu

“Liverpul”un sabiq müdafiəçisi Cimi Karrager Premyer Liqanın 13-cü turunda “Mançester Siti” ilə komandanın oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis matçın çətin olacağını bildirib: 

“Çətin olacaq. “Liverpul”un əldə edə biləcəyi ən yaxşı nəticə heç-heçədir. “Liverpul”da dünyanın ən yaxşı qapıçısı var və ona mütləq “Mançester Siti” ilə oyunda ehtiyac duyacaqlar. “Liverpul”un bu mövsüm müdafiə xətti kifayət qədər yaxşıdır, lakin bəzi boşluqlar var. Amma komandada hələ də yüksək səviyyəli yarımmüdafiəçi yoxdur. Onların əldə edəcəkləri ən yaxşısı heç-heçə olacaq”.

Noyabrın 25-də Premyer Liqanın 13-cü turu çərçivəsində “Liverpul” səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button