“Düşünürəm ki, “Everton” Premyer Liqada qalacaq” – Keçmiş futbolçu

“Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer hesab edir ki, “Everton” maliyyə feyr-pley qaydalarını pozduğuna görə 10 xaldan məhrum edilsə də, bu mövsümün sonunda İngiltərə Premyer Liqasında qalacaq.

Komanda.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, İngiltərə millsinin sabiq forvardı “Everton”un bu vəziyyətdən çıxacağına ümid etdiyini bildirib:

“Bu mövsüm qarşılaşdıqları şəraitdə belə, bu qarışıqlıqdan çıxmağın mümkün olduğunu düşünmək məntiqlidir. Çünki bu mövsüm turnir cədvəlinin aşağı pilləsində olan standartlar uzun müddət olduğu kimi pisdir. Düşünürəm ki, “Everton” öz vəziyyətini yaxşılaşdıracaq. Onlar bunun öhdəsindən gələ bilərlər. Onlar son 5-6 həftə ərzində göstərdilər ki, xalların silinməsi olmasaydı, birinci ola bilərdilər. 10 xal olmasa belə, təslim olmayacaqlar. Düşünürəm ki, onlar Premyer Liqada qalacaqlar”.

Premyer Liqanın 12 turundan sonra “Everton” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komandanın hesabında 4 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button