FİBA Avropa kuboku: “Sabah” son oyununa çıxacaq
FİBA Avropa kubokunda bu gün müntəzəm mövsümə yekun vurulacaq.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da son oyununa çıxacaq.
D qrupunda yer alan ölkə çempionu Çexiyanın “Nimburk” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq 6-cı turun matçı saat 19:00-da başlayacaq.
Hazırda hesabında 6 xal olan “Sabah”ın 2-ci mərhələyə vəsiqə qazanmaq şansı qalmayıb. “Nimburk” isə 9 xalla ikinci pillədə qərarlaşıb. Son tur ərəfəsində qrup lideri olan Türkiyə klubu “Bağçaşəhər” də 9 xala malikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin