
Bu gün “Sabah”ın Çempionlar Liqasındakı rəqibi məlum olacaq
Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkatması keçiriləcək.
Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” səpələnməmişlər sırasında yer alacaq.
Valdas Dambrauskasın komandasının potensial rəqibləri arasında “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln” (Cəbəllütariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur” (İslandiya), “Kayrat” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Larne” (Şimali İrlandiya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Petrokub” (Moldova) və TNS (Uels) klubları yer alır.
Püşkatmaya saat 18:00-da start veriləcək.
Birinci turun oyunları 7-8 iyul və 14-15 iyul tarixlərində oynanılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



