
Konfrans Liqası: “Zirə”nin ilk mərhələdəki rəqibi bəlli olacaq
Bu gün UEFA Konfransı Liqasının birinci təsnifat mərhələsinin püşkatması keçiriləcək.
Komanda.az xəbər verir ki, püşkatmadan əvvəl səpələnməmişlər sırasında yer alan “Zirə”nin də ilk rəqibini müəyyən olunacaq.
“Zirə” 1-ci qrupda yer alır və aşağıdakı klublardan biri ilə qarşılaşa bilər: “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya) və “Petrovats”dır (Monteneqro).
Püşkatma saat 20:00-da başlayacaq.
UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



