Azərbaycan kubokunda son 11 mövsümün rekordu qeydə alınıb
Azərbaycan kubokunda son 11 mövsümün rekordu qeydə alınıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna 1-ci təsnifat mərhələsində “Kürmük Qax” üzərində 6:0 hesablı qələbə qazanan “Baku Sportinq” nail olub.
Elman Sultanovun baş məşqçisi olduğu 2-ci Liqa təmsilçisi kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası ünvanına yiyələnib.
Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/2013 mövsümünün 1/16 finalında təsadüf olunub. “Baku Sportinq”dən 4042 gün əvvəl – 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) qarşılaşan “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
Azərbaycan kuboku tarixində 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar
Bizi Facebook-da izləyin